cari öhdəliklər

Bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) ödənişi nəzərdə tutulan alınmış ssudalar, qiymətli kağızlar, verilmiş veksellər və s. öhdəliklər

cari kreditlər
casusluq
OBASTAN VİKİ
Müsbət öhdəliklər
Pozitiv öhdəliklər və ya müsbət öhdəliklər — beynəlxalq insan hüquqları hüququnda dövlətin fundamental hüquqlardan səmərəli istifadəni təmin etmək üçün hər hansı bir aktiv fəaliyyətini təşviq edən öhdəliklər. Bu mənada o, dövlətlərin insan hüquqlarını pozmaqdan çəkinməyini nəzərdə tutan neqativ öhdəliklərdən fərqlənir. Avropa İnsan Hüquqları Məhkəməsinin fikrincə, pozitiv öhdəliklərin əsas xüsusiyyəti ondan ibarətdir ki, praktikada onlar milli hakimiyyət orqanlarından hüququn təmin edilməsi üçün zəruri tədbirlər görülməsini, yaxud daha dəqiq desək, fərdin hüquqlarını qorumaq üçün ağlabatan və münasib tədbirlər görülməsini tələb edirlər. Pozitiv öhdəliyin mövcud olub-olmadığını müəyyən edərkən, diqqət ictimaiyyətin ümumi maraqları və fərdlərin maraqları arasında ədalətli balansa yönəldilməlidir, bu bütün Konvensiyaya xas olan axtarışdır. == Növləri == === Maddi-hüquqi öhdəliklər === Bu növ pozitiv öhdəliklər təmin olunan hüquqların tam həyata keçirilməsi üçün tələb olunan əsas tədbirlərin görülməsini nəzərdə tutur. Məsələn, polisin müdaxiləsini tənzimləyən düzgün normaların müəyyən edilməsi, qəddar rəftarın və ya məcburi əməyin qadağan olunması, həbsxanaların zəruri şəraitlə təmin olunması, Konvensiya normalarının övladlığa götürmə haqqında qanunvericiliyə və ya daha geniş mənada ailə qanunvericiliyinə daxil edilməsi və s. === Prosessual öhdəliklər === Bu öhdəliklər şəxslərin daha yaxşı müdafiəsini nəzərdə tutan dövlətdaxili prosedurların təşkili, hüquqların pozulmasına görə yetərli müdafiə vasitələrinin təmin olunmasını ehtiva edir. Məsələn, fərdlərin səmərəli araşdırma aparılmasını tələb etmək hüququ (onların hüquqlarının iddia edilən pozuntuları ilə bağlı) və daha geniş konteksdə dövlətin çəkindirici və səmərəli cinayət qanunvericiliyini qəbul etmək vəzifəsi təmin olunur.
Pozitiv öhdəliklər

Öhdəliklər qanunu
Öhdəliklər qanunu — geniş mənada daxili və ya xarici şəraitin doğurduğu vəzifənin yerinə yetirilməsi zərurəti. Hüquqi mənada bu, bir tərəfin (borclunun) digər tərəfin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətlərdən çəkinməyə borclu olduğu nisbi mülki hüquq münasibətidir. Belə hərəkətlər ola bilər: müəyyən əmlakın təhvil verilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, pulun ödənilməsi, habelə digər hərəkətlər. Xeyrinə belə hərəkət edilməli olan kreditor borcludan öz öhdəliyinin icrasını tələb etmək hüququna malikdir. Bu mənada öhdəliklər qanunla bütün şəxslər üçün nəzərdə tutulmuş hüquqi öhdəliklərdən fərqləndirilməlidir. Şəxsin hər bir hüququ həmişə digər şəxslərin bu hüquqa hörmət etmək, onun sahəsinə müdaxilə etməmək və belə müdaxilə olduqda bu hüquqlara dair xüsusi qaydalara uyğun cavab vermək öhdəliyinə (qanunla müəyyən edilmiş öhdəlik) eləcə də hüquq pozuntuları ilə bağlı uyğun gəlir.
Cari valyuta əməliyyatları
Cari əməliyyatlar balansı
Cari əməliyyatlar balansı — ölkənin tədiyə balansının mal və xidmətlərin ixracını və idxalını, investisiyalardan xalis gəliri və transfer ödənişlərinin xalis həcmini qeyd edən hissəsi. Cari əməliyyatlar qalığı - mal, xidmət və gəlir əməliyyatlarını əks etdirən tədiyə balansının hesabı. Cari ödəmə balansına mal və xidmətlərin ixracatı və idxalı, xarici investisiyalardan gələn gəlir və cari transfertlər daxildir. Balans hesabatı tərtib edildiyi dövrdə başa çatmış və sonrakı dövrlərdə təsiri tədiyə balansına təsir göstərməyən əməliyyatları əks etdirir. Hesab üç maddəyə (balans) bölünür: "Mallar və xidmətlər", "Gəlir" və "Cari köçürmələr". Cari əməliyyatlar balansı aşağıdakı kimidir. Cari əməliyyatlar balansı1. Məhsullar və xidmətlər 1.1 Məhsullar 1.2 Xidmətlər2. Gəlir 2.1 Ödəniş 2.2 İnvestisiyalardan gələn gəlir3. Cari transfertlər Mallar və xidmətlər balansı malların və xidmətlərin ixracı və idxalı üçün daxilolmaların və ödəmələrin həcmini xarakterizə edir.
Xalis cari dəyər
Cari-vaxt adaptiv təhlükəsizliyi
Cari vaxt adaptiv təhlükəsizliyi — şəbəkə təhlükəsizliyi modeli olub şəbəkə üzərindən inkişaf etmiş müəssisələrə olan hücmların qarşısını almaqda xüsusi rol oynayır. Adaptiv təhlükəsizlik şəbəkədəki təhlükəli nəqliyyatı izləməkdə, anomalik davranışları aşkarlamaqda, zəif nöqtələri aşkara çıxarmaqda, sistemdə olan cari dəyişiklikləri tapmaqda, avtomatik olaraq icazəsiz müraciətin qarşısını almaqda, təhlükəli şəbəkə nəqliyyatını bağlamaqda, mühüm rol oynayır.Digər başqa xüsusiyyətləri ilə yanaşı adaptiv təhlükəsizlik elə bir təhlükəsizlik platformasıdır ki, yalnız spesifik problemi həll etmək əvəzinə onun kökündən həllini tapmaqda əvəzsizdir və beləliklə heuristic sistemlər təhlkükələrə qarşı daha asan mübarizə apara bilir. Təhlükəsizliyi hazır tətbiqetməyə daxil etmək əvəzinə bu təhlükəsizlik modeli tətbiqetmənin ilkin dizayn mərhələsində yaradılır. Cari adaptiv təhlükəsizliiyin bu modelində böyük bir dəyişiklik müəllif menecmenti ve siyasətini istifadəçinin vəziyyətinə adaptasiya ola bilən, tələbə cavabdeh bir servise çevirməsidir.
Demokrat Partiya (Türkiyə, cari)
Demokrat Partiya (türk. Demokrat Parti) — 27 may 2007-ci ildə Doğru Yol Partiyasının adını və loqosunu dəyişməsi nəticəsində qurulan türk siyasi partiyası. == Tarixi == === Sələfi === Partiyanın kökləri 1946-cı ildə Cəlal Bayarın öndərliyi ilə yaradılan eyni adlı siyasi təşkilata dayanır. Bu partiaya 1950-ci il parlament seçkilərində qələbə qazanaraq Cümhuriyyət Xalq Partiyasından sonra Türkiyədə iqtidara gələn ilk partiya oldu. Demokrat Partiyadan Adnan Menderes baş nazir, Cəlal Bayar isə prezident seçildi. Demokrat Partiya iqtidarının hakimiyyətinə 1960-cı il 27 may çevrilişi ilə son qoyuldu. Partiya ləğv olunsa da idealogiyası sonrakı illərdə başqa partiyalarda yaşadı. Bunlardan ən əsasları Ədalət Partiyası, Ana Vətən Partiyası və Doğru Yol Partiyası idi. Bu siyasi qurumlar 2000-ci illərə kimi Türkiyə siyasi həyatında böyük rol oynamış və bir neçə dəfə iqtidara gəlmişlər. === Müasir dövr === 27 may 2007-ci ildə Mehmed Ağarın rəhbərlik etdiyi Doğru Yol Partiyası adını və emblemini dəyişdirərək Demokrat Partiyaya çevrildi.
Vahid məbləğin cari dəyəri
Vahid məbləğin cari dəyəri və ya diskontlaşdırılmış dəyər — zamanın müxtəlif nöqtələrində alınan pulun müxtəlif dəyəri əsasında gələcək ödəniş axınının dəyərinin (cari pul ekvivalenti) qiymətləndirilməsi (pulun zaman dəyəri anlayışı). Vahid məbləğin cari dəyəri əsasında qiymətləndirmələr və eynilə vahid məbləğin gələcək dəyəri əsasında qiymətləndirmələr kreditləri, ipotekaları, annuitetləri, xarici istiqrazları və s. qiymətləndirmək üçün istifadə olunur. Bu hesablamalar eyni vaxtda baş verməyən pul vəsaitləri axını arasında müqayisə aparmaq üçün istifadə olunur, çünki dəyərlər arasında müqayisə aparmaq üçün vaxt və tarixlər ardıcıl olmalıdır.Aktivin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi adi iş şəraitində bu aktivin istifadəsindən gözlənilən gələcək xalis pul vəsaiti daxilolmalarının hal-hazırda məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur. Öhdəliyin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi adi iş şəraitindəbu öhdəliyin yerinə yetirilməsindən gözlənilən gələcək xalis pul vəsaiti xaricolmalarının hal-hazırda məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ширяев А. Н. Основы стохастической финансовой математики. 1. Факты. Модели. М.: ФАЗИС. 1998.
Cari əməliyyatlar üzrə pul axını
Ölkələr üzrə cari əməliyyatlar balans siyahısı
Cari əməliyyatlar balansına (genişlənmiş xarici ticarət balansı) görə ölkələrin (ştatlar, asılı ərazilər) siyahısı.
Бо́инг бо́товый возмести́ться вырожде́нец реми́зиться скип столонача́льничий фракциони́рование хи́лость гроссме́йстерский коси́ть многоко́рпусный скаути́зм трансформи́ровать скулить фамилия blowing embrittlement hydriae quitrent schmooze uric acid woodpile настывать тучнеть